Мой сайт

Главная | Регистрация | Вход
şənbə, 27.04.2024, 03:27
Приветствую Вас Гость | RSS
Меню сайта
Категории раздела
BOLMELER [2]
MAHNILAR SEKILLER TEHSIL YUMOR PROQRAMLAR SERLER DIN
Мини-чат
200
Статистика

Saytda olan 1
Qonaq 1
İstifadəçilər: 0
Форма входа
Главная » 2010 » fevral » 21 » GOZEL KELAMLAR
17:47
GOZEL KELAMLAR
* Allahdan qorxmayan qəlbdə, göz yaşı tökməyən gözdə, fayda verməyən elmdə xeyir olmaz.

* Gücsüzlərə kömək etməyə aciz qalırsansa, onları şəfqətlə bağrına basmağın yetər.
* Susanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.
* Rəftarı ədalətli adamın məqamı uca olar.
* Ən üstün insan, güc sahibi ikən xeyirxah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan adamdır.
* Başqlarına göstərdiyin nəcib rəftar, özünə etdiyin yaxşılıqdır. Özünə etdiyin bu yaxşılıq üçün başqalarından əvəz gözləmə.
* Ömrünün keçən qismi, bitib tükənmiş bir zamandır, gələcək qismi bir ümiddən ibarətdir, içində olduğun an isə çalışma zamanıdır.
* Dünya malına çox əhəmiyyət verən adamlarla yoldaş olma; kasıb olsan xor baxar, varlı olsan qısqanar.
* Dünya birisinin əlində əbədi qalsaydi, ona sahib olma növbəsi sizə gəlib çatmazdı.
* Dinlə - öyrənərsən, sus – qurtularsan.
* Uğursuzluğun acisini görməsən, xöşbəxtliyin dəyərini anlamazsan.
* Hirs düşməndir, onu özünə rəqib etmə.
* Özün öz sirrini saxlaya bilmirsənsə, onu faş edən başqasını qinamağa haqqın yoxdur.
* Yoxsulu güldürsən, özün gülərsən.
* Kasıba əl tutsan, savab edərsən.
* Bəzən süküt sözdən daha təsirlidir.
* Istədiyini əldə edə bilmirsənsə, onda əldə etdiyini istə.
* Insan iki cürdür: biri istər, tapa bilməz; digəri tapar, qane olmaz.
* Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. Çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar.
* Sənin sahib olduğun az başqalarının sahib olduğu çoxdan daha yaxşıdır.
* Dünya bir yuxudur, ona aldanmaq peşmançılıq gətirər
* Allah bir qulunu bəyənərsə, onun qəlbini öz sevgisinə qərq edər.
* Müsəlman ola bilmək üçün, özünə istədiyin hər şeyi başqaları üçün də istə.
* Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyir.
* Bir axmağa verilə bilən ən doğru cavab, ona cavab verməməkdir.
* Dünya səni aldatmadı, sən özün aldandın.

Просмотров: 16230 | Добавил: TEDRIS_M | Рейтинг: 3.8/31
Всего комментариев: 2
2 cavid  
0
Bizim ustumuze qilinc qaldiran bizden deyildir.MƏHƏMMƏD PEYĞEYĞEMBER

1 amil  
0
bir axmaga verile bilen en dogru cavab,ona cavab vermemekdir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Поиск
Календарь
«  fevral 2010  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Copyright MyCorp © 2024 |